24 Oktyabr, 2014
Ölkəmizdə yeni səfirlik açılacaq

Qırğızıstanın Azərbaycanda səfirliyi açılacaq.

Simsar.az-ın Qırğızıstan mətbuatına istinadən verdiyi məlumata görə, Qırğızıstan prezidenti Almazbek Atambayev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, səfirliyin açılmasında məqsəd Qırğızıstanın Azərbaycanla siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdəki əlaqələrini daha da inkişaf etdirməkdir.

A. Atambayev Qırğızıstan hökumətinə bir ay ərzində səfirliyin fəaliyyəti ilə əlaqədar təşkilati və maliyyə xarakterli məsələləri  həll etmək tapşırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!