24 Oktyabr, 2014
Rusiya təşviş içində - 3 milyondan çox şəxs yoxlanıldı

Rusiya hökuməti “Ebola” virusunun ölkəyə keçməsinin qarşısını almaq üçün federasiyanın sərhədləri boyunca səfərbərlik elan edib.

Simsar.az-ın “RİA Novosti”yə istinadən verir ki, Rusiyada “Ebola” virusunun yayılmasının qarşısını almaq üçün yoxlamalar gücləndirilib.

Afrikadan və digər ölkədən gələn bütün vətəndaşlar sərhəd-keçid məntəqələrində bir-bir yoxlanılır, bundan sonra ölkə ərazisinə buraxılır.

Avqustun 1-dən oktyabrın 1-dək 3 milyondan artıq şəxs hava limanlarında ciddi şəkildə yoxlanılıb.

Rusiya Səhiyyə Nazirliyindən bildirilib ki, yoxlama tədbirləri virus zərərsizləşdirilməyənə qədər davam edəcək.

Sara Rüstəmova

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!