24 Oktyabr, 2014
“İŞİD” vurur, ABŞ vurur, vətəndaş əzabını çəkir - FOTOLAR

Suriyada İŞİD-lə qanlı mübarizə bütün şiddətilə davam edir. Son olaraq ABŞ hava Qüvvələri Suriyada yenidən irəliləməyə başlayan “İŞİD” mövqelərini bombardman ediblər.

Simsar.az Hurriyyet-e istinadən xəbər verir ki, rəsmi Ankaranın, İraq Kürd Regional Hakimiyyətinin göndərmək istədiyi Peşmərgə güclərinə Kobaniyə keçmə icazəsi verməməsinin ardından, İŞİD Kobanidə hücumlarını gücləndirib.

Kobanidən Türkiyə sərhəddinə uzanan və ABŞ-ın YPG-yə hərbi yardım atdığı bölgəni kontrol altına almağa çalışan İŞİD, Til Şeir Təpəsini yenidən ələ keçirincə, ABŞ Hava Qüvvələri təpəni darmadağın edib. Təpənin yenidən YPG-nin əlinə keçdiyi bildirilir.

Tiil Şeir Təpəsi, Kobaninin 4 km-liyində yerləşən olduqca strateji bir yerdir. Təpə 14 oktyabrda PYD-nin silahlı qanadı YPG gücləri tərəfindən İŞİD-dən alınmışdı. İŞİD militanları dünən gecə saatlarında təpəni yenidən ələ keçirincə, ABŞ təpəyə 5 böyük bomba atıb.

Şahidlərin dediyinə görə atılan bombaların şiddətindən, Türkiyə ərazisindəki evlərin pəncərələri qırılıb.

Axşam saatlarında artıq təpənin yenidən YPG-nin əlinə keçdiyi açıqlanıb.

Qeyd edək ki, bu ərazinin İŞİD üçün əsas önəmi ondan ibarətdir ki, ABŞ kürdlər üçün havadan attığı hərbi yardımları əlverişli olduğundan məhz bu əraziyə atır.

ABŞ Baş Qərargahı, dünən hücumların yenidə Kobani istiqamətində şiddətləndiyini təsdiqləyib. Verilən açıqlamada, Suriya və İraqda təşkilata qarşı son 2 gündə 15 hava hücumunun həyata keçirildiyi və İŞİD-in əlindəki neft təsislərinin vurulduğu bildirilib.

Suriya İnsan Haqları İzləmə Təşkilatı, bir aydır davam edən ABŞ-ın liderlik etdiyi koalisiya güclərinin İŞİD-ə qarşı hava əməliyyatlarında, 464 İŞİD militanının, həmçinin, Əl-Qaidə bağlantılı Əl-Nusra cəbhəsinin 57 militanının öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, ölənlər arasında 6-ı uşaq, 5-i qadın olmaqla, 32 mülki vətəndaş var.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!