24 Oktyabr, 2014
Müxalifət düşərgəsində yeni birlik yaranır – ÖZƏL

Azərbaycanın müxalifət düşərgəsində yeni birlik yaradılır.

Simsar.az-a daxil olan məlumata görə, artıq bununla bağlı ilkin məsləhətləşmələr aparılıb.

Birlikdə bir sıra ictimai-siyasi xadimlərlər yanaşı, müxalifətdə təmsil olunan bəzi partiyaların funkisionerləri də yer alıb. Birliyin təşəbbüskarlarından biri də “El” Hərəkatının lideri Eldar Namazovdur.

Simsar.az-a məlumatı təsdiqləyən E. Nazmazov bildirib ki, məsələ ilə bağlı ilkin müzakirələr aparılıb: “Yaxın zamanlarda birliyin adını və əsasnaməsini mediaya açıqlayacağıq”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!