24 Oktyabr, 2014
Güllə altında savad qazanan gələcəyimiz – Qazaxdan AÇIQLAMA

Cəbhə bölgəsində səfərdə olan bir qrup jurnalist düsmənlə 3,5 km məsafədə yerləsən Qazağın Aslanbəyli kənd orta məktəbində hərbi dərslərdə istirak ediblər.

Simsar.az-in səfərdə iştirak edən əməkdaşının məlumatına görə, 8 və 10-cu sinif şagirdlərinin hərbi texnika ilə işləməsi nümayiş olunub.

Məktəbin direktoru Dilqəm Məmmədovun sözlərinə görə, hazırda məktəbdə 412 şagird təhsil alır. Muəllimlərin sayı isə 44-dür.

Onun sözlərinə görə, bu il məktəbdən məzun olanlardan 9 nəfəri tələbə adını qazanıb.

Direktor bildirib ki, kənd sakinlərindən hərbiyə maraq da böyükdür. Təkcə bu il 2 məzun Ali Hərbi Məktəbə daxil olub.

D. Məmmədov müharibə şəraitində - ağr şərtlər altında məktəbin fəaliyyətinin qurulmasına da tounub: “Hər gün mütəmadi olaraq güllə səsləri eşidirik. Gəcələr ermənilər daha çox güllə atır. Bütün bunlara baxmayaraq, güllə altında da olsa şagirdlərin dərsə davamiyyətinə heç bir problem olmur. Kənd sakinləri bir nəfər kimi düşmənə qarşı əzimkarlıq göstərir”.

Direktor şagirdlərə cəbhə bölgəsində davranmağın aşılandığını da qeyd edib: “Onlara minadan qorunma qaydalarına da əməl edirlər”.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!