24 Oktyabr, 2014
Havalar soyuyacaq

Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq, temperatur 10-12 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, oktyabrın 25-i axşamdan başlayaraq Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Oktyabrın 26-da da küləkli hava şəraiti davam edəcək, xüsusilə oktyabrın 25-dən 26-na keçən gecə şimal-qərb küləyi arabir güclənəcək. Oktyabrın 25-i gecə saatlarında və oktyabrın 26-da yağış yağacağı gözlənilir. Oktyabrın 26-27-də gündüz saatlarında havanın temperaturu 8-12 dərəcəyə enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 25-də günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 25-də axşam, 26-da isə gecə bəzi rayonlarda şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Oktyabrın 26-27-də aran rayonlarında havanın temperaturu gündüz saatlarında 9-14, dağlarda isə 1-6 dərəcə isti olacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!