14 Aprel, 2011
Müsavatçılar aksiyaçıları mahnı ilə qarşıladı

AXCP və Müsavat sizin hərəkətləriniz düşmənlərə xidmət edir” şüarına oxumaqla cavab verildi

Bir qrup gənc Müsavat Partiyasının qərərgahı qarşısında aksiya keçirib. Səhər saatlarından başlayan aksiyada “Novbəti xaos planını ingilisdən aldınızmı?”, AXCP və Müsavat sizin hərəkətləriniz düşmənlərə xidmət edir”, “İndi 1992-ci il yox, 2011-ci ildir” şüarları səsləndirilib. 

Ərazidə az sayda polislər olsa da onlar aksiyaya müdaxilə etməyib.

Müsavat rəhbərliyi də cavab reaksiyası sərgiləyib. Simsar.az-ın əməkdaşı xəbər verir ki, müsavatçılar səsgücləndiricilər vasitəsi ilə mahnılar oxuyub.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!