24 Oktyabr, 2014
Həbsxanada məhbus öldü - BAKIDA

Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, təcridxanada saxlanılan, Astara rayon sakini, 1960-cı il təvəllüdlü İlkin Qurbanov qəfildən dünyasını dəyişib. İlkin məlumata görə, mərhum ürək tutmasından keçinib.

Polisdən həmçinin bildirilib ki, İ. Qurbanov 5 dəfə məhkumluq həyatı yaşayıb.

Sonuncu dəfə o, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs olunub.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!