24 Oktyabr, 2014
Cəbhə bölgəsindəki jurnalistlər döyüş şəraiti ilə tanış oldular - FOTO

Cəbhə bölgəsindəki jurnalistlər döyüş şəraiti ilə tanış oldular

Tovuz və Qazax rayonlarına səfər edən KİV nümayəndələri qərb bölgəsində yerləşən N saylı hərbi hissədə olublar. Təhsil və Müdafiə nazirliklərinin dəstəyi ilə reallaşan səfər çərçivəsində jurnalistlər hərbçilərin xidməti, döyüş və sosial şəraiti ilə tanış olublar. Simsar.az-ın bölgədəki əməkdaşının verdiyi məlumata görə, jurnalistlərin də iştirak etdiyi görüşdə sərhədyanı kəndlərin orta məktəblərinin şagirdlərinə hərbi hissələrin döyüş texnikaları və silahları nümayiş olunub.

Qeyd edək ki, Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 30-dan çox KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfərini təşkil edib. İki günlük səfər çərçivəsində jurnalistlər Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olacaq, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşəcəklər. Səfərin təşkilində məqsəd ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.

Aysel Kərimova



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!