24 Oktyabr, 2014
“Quska” Fəzail Ağamalıdan üzr istəyib – ÖZƏL

Bir müddət əvvəl Milli Məclisin sabiq deputatı, hazırda Almaniyada yaşayan cəmiyyətdə “Quska” kimi tanınan Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının arasından soyuq külək keçmişdi. Bundan sonra hadisələr məcrasını dəyişərək məhkəməyə qədər gedib çıxmışdı.

Simsar.az məsələ ilə bağlı Milli Məclisin deputatı Fəzail Ağamalıya müraciət edərək qaranlıq qalan məqamlara aydınlıq gətirib.

Öncə, bu söhbətin bitdiyini deyən F.Ağamalı “Quska” ilə hazırki münasibətlərdən danışıb.

O deyib ki, məhkəmə prosesində “Quska” ondan üzr istəyib: “Bundan sonra bu məsələni özüm üçün nöqtələdim. Daha bir ciddi nöqtə qoydum ki, bu məsələ mənim üçün bitmiş mövzudur. Məhz buna görə də, məsələyə, heç bir halda maraq göstərmədim. O, mənim həyatımın bir epizodu idi. Artıq tarixə çevrilib. Tarixi də, o zaman varaqlamaq maraqlı olur ki, ordan insana müsbət emosiya gəlsin”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!