24 Oktyabr, 2014
8 rayonda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a daxil olan məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 16:00-dək Binəqədi, Sabunçu və Xəzər rayonlarının bir hissəsinə, saat 18:00-dək Quba rayonuna, saat 11:00-dan 18:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 12:00-dan 16:00-dək Qazax rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Nəsimi rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!