24 Oktyabr, 2014
Hüseyn Cavid əbədiliyi – 132 - FOTOLAR

Bu gün Azərbaycanın dahi ədibi Hüseyin Cavidin doğum günüdür.

Simsar.az-ın məlumatına görə, Hüseyn Cavid 1882-cü ildə Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsində dünyaya gəlib.

O, klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən yazarlardandır. Ədib 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindəndir. Hüseyn Cavid sənəti janr və forma cəhətdən çox zənginliyi ilə seçilir. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün edilib və 5 dekabr 1941-ci ildə, Rusiyanın İrkutsk vilayətində həlak olub.

Hüseyn Cavidin sürgün zamanı dəfn edildiyi Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunu Şevçenko kəndindək məzarlıq 1982-ci ildə 100 illik yubileyi ilə əlaqədar açılmış və nəşi Naxçıvan şəhərinə gətirilərək evinin yanında dəfn edilmişdi. Bu işdə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.

Simsar.az

























Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!