23 Oktyabr, 2014
Şəmkirdə yardımçı tikili yandı

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Zəyəm qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan yardımçı tikilinin yanar konstrusksiyaları və içərisində olan təsərrüfat əşyaları yanıb.

Yanğın  zamanı köməkçi  tikilinin içərisində olan  iki ədəd məişət qaz  balonu   çıxarılıb  və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!