23 Oktyabr, 2014
PKK-ya pul toplayanlar tutuldu

Danimarkada PKK-ya pul toplama ittihamı ilə 10 nəfər məhkəməyə cəlb olunub.

Simsar.az-ın məlumatına görə, kürd mənşəli bu adamlar 2009-2012-ci illərdə 23 milyon dollar toplayıblar.

Onlar pulları humanitar layihələrə, o cümlədən Danimarkada kürd dilində satellit televiziyası olan Roj TV-yə yardım kimi toplayıblar.

Prokuror onlara 4 il həbs cəzası tələb edib. Roj TV PKK-nın ruporu elan olunaraq keçən il bağlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!