23 Oktyabr, 2014
ARDNŞ-də baş verən qəzada ölənlərin 3-ünün cəsədi tapıldı

Dövlət Neft Şirkətinin N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşən 4 işçidən üçünün cəsədi taılıb.

Simsar.az-ın məlumatına görə, bu barədə ARDNŞ və FHN birgə məlumat yayıb.

Məlumatda deyilir: "N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlıb.

İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcəkdir".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!