23 Oktyabr, 2014
Komputer, yoxsa əcəl ?

Türkiyədə uşaq komputer başında ölüb. Uşağın komputerdən çox istifadə etdiyi üçün infarkt keçirdiyi düşünülür.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Konya şəhərində 14 yaşlı Mustafa Kiçikköy, komputerdə oyun oynayarkən qəfildən ölüb. Bacısı bir müddət sonra onu komputerin qarşısında ölmüş vəziyyətdə görüb.

Ekspretizadan sonra məlum olub ki, M.Kiçikköy infarktdan dünyasını dəyişib. Mustafanın ailəsi isə daha öncə onun ürəyində heç bir problemin olmadığını bildirib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!