23 Oktyabr, 2014
Yalanı ortaya çıxan Kənan MM - FOTO

Simsar.az xəbər verir ki, müğənni Vüsalə Rəcovanın "Sevməyi öyrədim" adlı mahnısına klip çəkmiş rejissor Kənan MM-in yalanı ortaya çıxıb.

Tədbirə aparıcılıq edən Şəhriyar Əbilov Kənanın 5 illik fasilədən sonra yenidən klip çəkdiyini diqqətə çatdırdı. Bu məlumatı təkzib edən rejissor bildirdi ki, o, iki ildir mahnılara ekran həyatı verməyə stop deyib.

Məsələ bununla yekunlaşmayıb. Qonaqlar sırasında olan müğənni Vasif Məhərrəmli mərhum reper Hüseyin Dərya ilə oxuduğu mahnıya Kənanın keçən ilin avqust ayında klip çəkdiyini söylədi.

Yaradıcı yalanın aşkarlanması tədbirdə iştirak edən fəxri qonaqların çıxışları ilə qismən unuduldu.

Vüsaləni təbrikə gələn xalq artistləri - Arif Babayev, Niyaməddin Musayev,  Mənsum İbrahimov və başqaları ona yaradıcılığında bol-bol uğurlar arzuladılar.

Məlumat üçün bildirək ki, şairə kimi bir kitabı işıq üzü görmüş Vüsalə Rəcova həm də Lider TV-də aparıcı kimi  fəaliyyət göstərir.

Müğənninin çəkdirdiyi klip bu gün internet istifadəçilərinə təqdim olunacaq.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!