23 Oktyabr, 2014
Təhsil Nazirliyi jurnalistləri cəbhə bölgəsinə apardı

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 30-dan çox KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfərini təşkil edib. Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. Media nümayəndələri həmin təhsil müəssisələrinin ali məktəblərə qəbul imtahanında yüksək nəticələr qazanan məzunları haqqında məlumat toplayıb, fədakar əməyi ilə seçilən müəllimlərlə görüşüblər.

Jurnalistlər öncə Tovuz rayon Q.Rzayev adına Hacallı kənd tam orta məktəbində olublar. Məktəbdə çalışan müəllim və şagird heyəti haqqında ətraflı məlumat verilib. Məktəbdə 48 müəllim və 24 texniki işçi çalışır. Hazırda 437 şagird təhsil alır. Ermənistanla sərhəddə yerləşən Q.Rzayev adına Hacallı kənd tam orta məktəbində 2012-2013-cü dərs ilində 445 nəfər şagird təhsil alıb, I sinifdə 36 nəfər, XI sinifdə 28 nəfər şagird oxuyub. Onlardan 4 nəfəri ali məktəbə, 3 nəfəri kollecə daxil olub. 2013-2014-cü dərs ilində məktəbdə ildə 455 şagird oxuyub: 54 nəfər I sinfə qəəbul olunub, 37 nəfər XI sinfi bitirib və onların 9 nəfəri ali mıktəbə, 3 nəfəri kollecə daxil olub. Hazırda məktəbin XI sinfində 43 nəfər, I sinfində 37 nəfər təhsil alır. Son 5 il ərzində məktəbin məzunlarından 24 nəfər müxtəlif istiqamətli ali hərbi məktəblərə və həri liseylərə qəbul olub.

Aysel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!