23 Oktyabr, 2014
Xoşqədəm Hidayətqızının evlilik xəbəri YALAN çıxdı - ÖZƏL

İki gündür mətbuatda xeyli rezonansa səbəb olan “toy”un sirli məqamları üzə çıxıb. Sən demə, aparıcı, jurnalist Xoşqədəm Hidayətqızı və Türkiyə müğənnisi Doğuşun gəlinlik və bəy libasındakı şəkilləri heç də göründüyü kimi deyil.

Simsar.az-ın Türkiyəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu şəkillər müğənninin yeni klip və ya filmindən kadrlardır. Doğuşun sosial şəbəkədəki şəxsi hesabında yazdığı “Sil başdan” fikirləri izləyicilərdə fərqli düşüncənin yaranmasına səbəb olub.

Onu da qeyd edək ki, səs küyə səbəb olan hadisə ilə bağlı “gəlin” Xoşqədəm Hidayətqızı təsdiqedici cavab verməyib. O, son açıqlamasında sabah Bakıya qayıdacağını və efir vasitəsilə məsələyə aydınlıq gətirəcəyini bildirib.

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!