23 Oktyabr, 2014
Uşaq ölümü ilə bağlı məlumat - Baş Prokurorluq

Baş Prokurorluq Bakıda baş verən uşaq ölümü ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Simsar.az-ın verilən məlumata görə, oktyabrın 22-də saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 1 saylı Körpələr Evinin qarşısında yeni doğulmuş qız uşağının aşkarlanması, ona orada təcili tibbi yardım həkimləri tərəfindən müvafiq yardım göstərilməsinə baxmayaraq orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!