23 Oktyabr, 2014
İran və Rusiya "İŞİD"ə qarşı hərbi qərargah yaratdı

İran və Rusiya İraqda "İslam Dövləti" ilə mübarizə üçün birgə əməliyyat qərargahı yaradıb. Trend-in məlumatına görə, bu barədə İranın "Tasnimnews" xəbər saytı iraqlı mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, iranlı və rusiyalı hərbi ekspertlər iraqlı komandirlərə "İslam Dövləti" ilə mübarizədə yardım edir: “Rusiya və İrandan 60-dan çox hərbi ekspert İraqın paytaxtı Bağdadda “Əl-Rəşid” hotelində birgə əməliyyat qərargahı yaradıblar”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!