23 Oktyabr, 2014
İran-Ermənistan dəmiryolunun inşasına 2016-cı ildən başlanılacaq

Ermənistan hökuməti,  İran-Ermənistan dəmiryolu xətti üçün investorlar axtarışını davam etdirir.

Simsar.az xəbər verir ki, bu barədə 22 oktyabrda İranda rəsmi səfərdə olan, Ermənistanın baş naziri Hovik Abrahamyan danışıb. O bu məsələylə bağlı İranda görüşlər keçirdiyini bildirib:

“Bildiyiniz kimi bu layihə ölkəmiz üçün çox önəmlidir. İran hakimiyyəti, bu layihəni həyata keçirməyə yardım edəcək maddi qaynaq tapdığımızda, əməkdaşlığa hazırdır”.

Baş nazir, «Расиа ФЗЭ» investor firmasının, layihə ilə maraqlandığını və hazırda maddi qaynaqlar axtardığın deyib.

Qeyd edək ki, ilkin hesblamalara görə dəmiryolunun inşaatı 3.2 milyon dollara başa gələcək. «Расиа ФЗЭ» isə bu məbləğin yarısını ödəməyə hazırdır. Dəmiryolunun inşaatı təxminən 6 il sürəcək. Verilən məlumatlara görə inşaat 2016-cı ildə başlayıb, 2022-ci ilə qədər davam edəcək.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!