23 Oktyabr, 2014
Dini Komitənin yeni mətbuat katibindən AÇIQLAMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Simsar.az-ın məlumatına görə, bu vəzifəyə Komitədə indiyənədək məsləhətçi vəzifəsində çalışan Yaqut Əliyevanın təyin edildiyi bildirilir.

Simsar.az-a açıqlama verən Yaqut Əliyeva xəbəri təkzib etməsə də bildirib ki, bununla bağlı mediaya ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!