23 Oktyabr, 2014
Xoşqədəm Hidayətqızından açıqlama – “Hər kəsə öz təşəkkürümü bildirirəm”

ATV-də yaymlanan “Səni axtarıram” verilişinin aparıcısı, “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızının Türkiyənin məşhur müğənnisi Doğuşla evlənməsi barədə xəbər neçə gündür ölkə mətbuatının gündəmindən düşmür.

X. Hidayətqızının baş redaktoru olduğu “Ucnoqta.az”a qəzetindən Simsar.az-a verilən məlumata görə, hələlik, heç kim bu barədə dəqiq xəbər verə bilməsə də, xəbərin doğru və ya yalan olması ilə bağlı müxtəlif fərziyyələr var: “Qəzet Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlayıb. Məşhur aparıcı açıqlamasında bildirib ki, xəbərləri oxuyub. Bütün yazılanlara görə hər kəsə öz təşəkkürünü bildirir. Sabah Bakıda olacam. Yazılanlarla bağlı açqlama verəcəm”.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!