23 Oktyabr, 2014
Tikintidə faciə - Ölən və xəsarət alan var

Bakıda bədbəxt hadisə baş verib. Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, oktyabrın 22-də paytaxtın Nizami rayonu H.Əliyev prospektində aparılan tikintidə, qaldırıcı qurğunun kanatı qırılıb. Nəticədə, kran orada işləyən Yardımlı rayon sakini Rüfət Alıyevin və Bakı şəhər sakini Kamran Mustafayevin üstünə düşüb. R. Alıyev hadisə yerində ölüb, K.Mustafayev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!