23 Oktyabr, 2014
Van Damm “açarını itirdi” – İstanbulda BİABIRÇILIQ - FOTOLAR

Döyüş filmlərinin ulduzu Jan Klod Van Damm, İstanbulda içib sərxoş olduqdan sonra, aləmi bir-birinə qatıb.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51-ci “Qızıl portağal” film festivalında iştirak etmək üçün Türkiyəyə gedən aktyor filmlərdə nümayiş etdirdiyi, hər kəsin yaddaşında qalan karate fəndlərini İstanbul küçələrində qadınların və fotomüxbirlərin üzərində də göstərib.

Reklamda iki kamazın üstündə rahat dura bilən Van Damm, ayaq üstə belə dura bilmirmiş. Necə deyərlər “açarını itirən” dünya şöhrətli ulduz, sağa-sola ağzına gələn söyüşləri söyüb, hər kəsi təhqir edib.

Van Damm daha sonra köməkçiləri tərəfindən, əyləndiyi qızlarla birlikdə maşına mindirilərək hadisə yerindən uzaqlaşdırılıb.

Vüsal Qarayev


 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!