14 Aprel, 2011
Onu döyənləri tanımır

Türk tələbə xəstəxanaya düşdü

Aprelin 13-də Bakıdakı ali məktəblərdən birində təhsil alan türkiyəli tələbə Binəqədi rayonundakı 16 saylı Təcili Tibbi Yardım Stansiyasına müraciət edib.

Simsar.az-ın məlumatına görə, Suat Ufuk Əmrah adlı şəxsin bədənini müxtəlif yerlərində əzik və sınıq xəsarətləri aşkarlanıb. Dərhal məsələ ilə bağlı Binəqədi RPİ 4-cü PB-ya məlumat verilib. Xəstəxanaya gələn hüquq-mühafizə orqanlarının nümayəndələri Ufuk Suatı sorğu-sual ediblər və məlum olub ki, onu aprelin 13-də kafelərdən birində tanımadığı bir neçə şəxs möhkəm döyüb.


Türkiyəli tələbənin ifadəsini aldıqdan sonra polis hadisəni törədən şəxslərin axtarışına başlayıb. Araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!