23 Oktyabr, 2014
Bu rayonlarda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a daxil olan məlumata görə bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Belə ki, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 15:00-dək Şəmkir rayonunun bir hissəsinə, saat 14:00-dan 18:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Sumqayıt şəhərinin Tağıyev qəsəbəsinə, saat 16:00-dan 18:00-dək isə Ağstafa rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!