23 Oktyabr, 2014
Dəhşətli qətli törədən qurbanın bacısı çıxdı – PROKURORLUQ - YENİLƏNİB

Xətai rayonunda dəhşətli qətli törətməkdə şübhəli bilinən şəxsin kimliyi bəlli olub.

Rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədova Simsar.az-a bildirib ki, qətlə yetirilən Günel Nuriyevanı doğma bacısı Pərvanə Nuriyeva öldürüb.

Ş. Məmmədova əlavə edib ki, sazxlanılan Pərvanə Nuriyeva cinayəti törətdiyini etiraf edib. Lakin qətlin törədilməsi səbəbi hələlik bilinmir.

Qeyd edək ki, dünən Xətai rayon Xudu Məmmədov küçəsi 18 ünvanında yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş vəziyyətdə meyiti həmin mənzildə aşkarlanıb.

Polisdən bildirilmişdi ki, qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən ali musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.

***09:45

Xətai rayonunda dəhşətli qətli törətməkdə şübhəli bilinən şəxs artıq yaxalanıb.

Bu barədə Simsar.az-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Polisdən bildirilib ki, saxlanılanın şəxsiyyəti barədə hələlik ətraflı məlumat verilməsi məqsədəuyğun hesab edilmir.

Məlumat üçün bildirək ki, dünən Xətai rayon Xudu Məmmədov küçəsi 18 ünvanında yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş vəziyyətdə meyiti həmin mənzildə aşkarlanıb.

Polisdən bildirilmişdi ki, qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən ali musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.

Vüsal Qarayev

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!