14 Aprel, 2011
Hərbi komissar həbs olunub?

Qəzet Təvəkkül Ağayevin hansı cinayətdə ittiham olunduğunu yazmayıb

Bakının Suraxanı rayonunun hərbi komissarı Təvəkkül Ağayev dünən həbs olunub. Bu xəbəri "Azadlıq" qəzeti yayıb. Məlumata görə, Təvəkkül Ağayev barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, intintaq aparılır.

Hərbi Prokurorluq tərəfindən konkret hansı cinayətdə ittiham olunduğu hələlik açıqlanmasa da, T.Ağayevə qarşı vəzifə cinayətləri ilə bağlı ittiham irəli sürüldüyü ehtimal olunur. Eyni zamanda bildirilir ki, Respublika Hərbi Prokurorluğu hazırda komissarlıqda yoxlamaları davam etdirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!