23 Oktyabr, 2014
Ölənlərin sayı 5 minə çatdı - “Ebola” can almağa davam edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Ebola”dan ölənlərin sayının 4 min 877-ə çatdığını açıqlayıb.

Simsar.az-ın məlumatına görə ÜST-dən verilən açıqlamada bildirilib ki, bu günə qədər Afrikanın qərbindəki Liberiya, Qvineya və Syerra-Leonedə 9 min 936 “Ebola”ya yoluxma qeydə alınıb.

Liberiyada 4 min 665 yoluxma və 705 ölüm, Syerra-Leonedə 3 min 706 yoluxma və 1259 ölüm, Qvineyada isə 1540 yoluxma və 904 ölüm halı olub.

Bundan başqa 443 tibbi heyət üzvündə virus aşkarlanıb. Bunlardan 244-ü həyatını dəyişib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!