23 Oktyabr, 2014
ABŞ-dan rəsmi etiraf - ŞOK

ABŞ-a aid hərbi yük təyyarəsinin Kobanidəki kürdlərə hava vasitəsilə göndərdiyi silah-sursat yardımının “İŞİD” adlı terrorçu qruplaşmanın nəzarətində olan əraziyə atıldığı və indi həmin avadanlıqların silahlıların əlində olduğuna dair KİV-lərdə xəbərlər yer alıb.

ABŞ isə yalnız bir bağlamanın səhvən “İŞİD” ərazisinə atıldığını və bunun da məhv edildiyini açıqlamışdı.

Simsar.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq faktlar qarşısında qalan ABŞ Müdafiə Nazirliyi silahların “İŞİD”in əlinə keçdiyini rəsmən təsdiqləyib.

“Pentaqon” nümayındəsi polkovnik Stiv Varren deyib ki, səhvən yalnış əraziyə atlan bir bağlama artıq məhv edilib. S. Varren 26 bağlama silah-sursatın suriyalı kürdlərə çatdığını da qeyd edib.

Qeyd edək ki, bundan öncə ABŞ Baş Qərargahı da “İŞİD”in nəzarətində olan bölgəyə düşən bir yardım bağlamasının məhv edildiyini bildirib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!