23 Oktyabr, 2014
Təkrarolunmaz səs – “Ruhu əsir” sənətkar – SƏXAVƏT MƏMMƏDOV

Bu gün nəyin ki, Azərbaycanın, dünyanın nadir səslərindən biri olan xanəndə Səxavət Məmmədovun doğum günüdür.

Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdamın Abdal-Gülablı kəndində anadan olub.

Bu gün sənətkardan təkrarolunmaz ifalar və 4 balası yadigar qalıb.

Xanəndə gənc yaşında ömrünün 38-ci payızında 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib. Səxavət Məmmədov doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığına son mənzilə yola salınıb. Qısa müddət sonra kənd ermənilər tərəfindən işğal olunub və böyük sənətkarın ruhu bu günə qədər əsirlikdədir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!