23 Oktyabr, 2014
Avropa Parlamentində Türkiyəyə “kürd” hücumu

Avropa Parlamenti (AP  “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmanın Suriyanın Kobani şəhərinə hücumlarına hərbi müdaxilə etmədiyi üçün Türkiyəni qınayıb.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, Kobani hadisələrinin müzakirə olunduğu Avropa Parlamentində Türkiyə sərt şəkildə ittiham olunub.

AP üzvləri Türkiyəni fəaliyyətsizlikdə və Avropa Birliyinin namizədi kimi buna uyğun siyasət həyata keçirməməkdə günahlandırıblar.

Parlamentin bəzi deputatları Türkiyənin kürd döyüşçülərə yardım etməməsini əxlaqi cəhəddən qəbuledilməz hesab ediblər.

Qeyd edək ki, Türkiyə hökuməti isə kürdlərə verilən silahların gələcəkdə onlara qarşı çevrilmə ehtimalından narahatlığını bildirir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!