22 Oktyabr, 2014
Atışmaya görə səfirlik bağlandı

ABŞ Kanadadakı səfirliyini bağlayıb.

Simsar.az-ın məlumatına görə, bu barədə danışan ABŞ dövlət departamentinin sözçüsü Mari Xarf bildirib ki, Ottava şəhərinin mərkəzində atışma səbəbindən səfirlik müvəqqəti fəaliyyət göstərməyəcək:

"Kanada parlamenti və Ottavadakı səfirliyimiz bağlanılıb".

Onun sözlərinə görə, ABŞ Ottavadakı vəziyyəti diqqətlə izləyir.

Qeyd edək ki, naməlum şəxslər oktyabrın 22-də Ottava şəhərinin mərkəzində üç nöqtədə: Milli hərbi memorialın yanında, Parlamentdə və onun yaxınlığında, həmçinin Rideau Centre ticarət mərkəzinin yanında atəş açıblar.

Kanadanın Milli hərbi memorialın yaxınlığında xəsarət alan əsgər dünyasını dəyişib.

Atəş açanlardan biri parlament binasının daxilində qətlə yetirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!