22 Oktyabr, 2014
Küçəyə atılan körpə öldü

Bakıda körpələr evində ölüm hadisəsi baş verib.

Simsar.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən xəbərdə bildirilir ki, hadisə bu gün paytaxtın Ənvər Qasımzadə küçəsi, 72 ünvanında yerləşən 1 saylı Körpələr Evində qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan şəxs yenicə doğulmuş körpəni küçəyə qoyaraq gedib. Yeni doğulan uşaq Körpələr Evinin əməkdaşları tərəfindən küçədən götürülüb, lakin bir neçə saatdan uşaq dünyasını dəyişib.

Polisdən həmçinin bildirilib ki, körpə yarımçıq dünyaya gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!