22 Oktyabr, 2014
Ərdoğan: "Bu təklifi Obamaya mən vermişəm"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peşmərgə qüvvələrinin Türkiyə üzərindən Kobaniyə keçidini ABŞ Prezidenti Barak Obamaya özünün təklif etdiyini açıqlayıb.

Simsar.az xəbər verir ki, Ərdoğan beynəlxalq koalisiya qüvvələrinin kürdlərə yardım göndərməsinə də münasibət bildirib. Koalisiya qüvvələrinin havadan göndərdiyi yardımın kimlərə çatdığının məlum olduğunu, hətta İŞİD-in internet səhifələrindən bu görüntüləri paylaşdıqlarını qeyd edib. Bununla da kimlərə yardım edildiyinin ortaya çıxdığını Ərdoğan vurğulayıb.

Xatırladaq ki, beynəlxalq koalisiya qüvvələrinin kürdlərə havadan yardım göndərməsi zamanı silah və tibbi ləvazimat dolu paketlərin bir qismi İŞİD tərəfinə düşmüşdü.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!