22 Oktyabr, 2014
Prandellidən gözlənilməz gediş

"Qalatasaray"ın baş məşqçisi Çezare Prandelii Çempionlar Liqasının 3-cü turunda "Borussiya"ya qarşı oyun öncəsi gözlənilməz qərar verib.

Simsar.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis komandanın aparıcı futbolçuları Olcan Adın, Veysel Sarı və Brumanın adını bu matç  üçün 18 nəfərlik heyətə daxil etməyib.

Qeyd edək ki, "Qalatasaray" - "Borussiya" görüşü bu gün keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!