22 Oktyabr, 2014
Əsəd İŞİD qırıcılarını məhv etdi

Bəşər Əsəd hökuməti Suriyada gedən döyüşlər zamanı İŞİD-ə aid qırıcıların vurulduğunu açıqlayıb.

Simsar.az xəbər verir ki, Suriya İnformasiya Naziri Ümran əl Zubi, İŞİD militanları tərəfindən istifadə edilən 2-3 qırıcının Suriya Hava Qüvvələri tərəfindən məhv edildiyini bildirib.

Məlumat üçün bildirək ki, mərkəzi Londonda yerləşən Suriya İnsan Haqqları Təşkilatı, İŞİD-in 3 qırıcıyla Hələbin şimalındakı bir hərbi hava limanında təlim xarakterli uçuşlar həyata keçirdiyini iddia etmişdi.

Suriya İnsan Haqqları təşkilatının direktoru Rami Əbdülrəhman isə, İraq ordusunda Səddam Hüseyin hakimiyyəti dövrü qulluq edənlərin, İŞİD militanlarına uçuş təlimi keçdiyini açıqlamışdı.

Suriyalı nazir Zubi açıqlamasında, Suriya Hava Qüvvələrinin 2 qırıcını yox etdiyini, 3-cü vurulan qırıcının isə qalıqlarının arandığını bildirib.

Bu isə o deməkdir ki, rəsmi Şam İŞİD silahlılarının əlində qırıcıların olduğunu qəbul edir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!