22 Oktyabr, 2014
Bu ölkədə tiryək istehsalı rekord vurur

Əfqanıstanda tiryək xaşxaş bitkilərinin becərilməsi 2013-ci ildə rekord səviyyəyə çatıb.

Simsar.az xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin hesabatında deyilir.

Hesabatda Amerika Birləşmiş Ştatlarının 13 ildir Əfqanıstanda tiryək becərilməsini azaltmaq üçün çalışdığı və bunun üçün 7,6 milyard dollar xərclədiyi bildirilir.

Qeyd edək ki, 2013-ci ildə Əfqanıstanda tiryək-xaşxaş əkilməsi 209 min hektar  təşkil edib. BMT-yə görə, bu məhsulun dəyəri təxminən 3 milyard dollar məbləğindədir. Bu da 2012-ci ildən 50% çoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!