22 Oktyabr, 2014
“Səfirliklərdən milli maraqlara zidd təkliflər gəlib” – Hafiz Hacıyev

Bu gün Muasir Musavat Partiyasının (MMP) İdarə Heyətinin və Rayon Təşkilat sədrlərinin, həmçinin Seçki Qərargahında təmsil olunan şəxslərin iştirakı ilə toplantı keçirilib.

MMP-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, toplantıda partiyanın dekabrda keçiriləcək bələdiyyə seçkisinə hazırlıq,  seçki ilə bağlı qəbul edilən qərarların icrasına nəzər yetirilib. İclasda yaxın zamanda namizədlərin siyahısının məlum olacağı da qeyd olunub.

Məlumatda o da qeyd olunub ki, MMP respublikanı əksər dairələrində öz namizədi ilə seçkiyə qatılmaq niyyətindədir.

Toplantıda Azərbaycanda fəaliyyət güstərən diplomatik missiyaların MMP-yə qarşı tutduqları aqressiv mövqe və həmin inistansiyalardan partiyaya verilən cavablar müzakirə olunub.

Hafiz Hacıyev deyib ki, bəzi səfirliklərdən onlara dəfələrlə ölkənin milli maraqlarına zidd olan təkliflər gəlib. Lakin bu təkliflər rədd edilib.

O, yaxın vaxtlarda bu səfirliklərin adını açıqlayacağını da söyləyib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!