22 Oktyabr, 2014
İlham Əliyev Qətərin səfirini qəbul etdi

Prezident İlham Əliyev oktyabrın 22-də Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fəhd Əl-Tanini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Simsar.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Qətər arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib, əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!