22 Oktyabr, 2014
Azərbaycana ən son texnologiyalar gətiriləcək

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də Yaponiyanın “İtochu Corporation” şirkətinin vitse-prezidenti, Azərbaycan-Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Yoiçi Kobayaşinin rəhbərlik etdiyi nümayənd heyəti ilə görüş keçirilib.

Simsar.az xəbər verir ki, görüşdə Azərbaycanla Yaponiya arasında iqtisadi sahədə əlaqələrin inkişafı, əməkdaşlığın genişlənməsinin mühüm əhəmiyyəti qeyd edilib. Həmçinin, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib, QSC-nin potensial imkanları haqda fikir mübadiləsi aparılıb.

Toplantıda kompleksin lahiyələndirilməsi və tikintisi istiqamətində mühüm işlər görüldüyü vurğulanaraq, “İtochu Corporation” şirkətinin təcrübəsindən faydalanmağın məqsədə uyğun olduğu bildirilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!