14 Aprel, 2011
Yol polisi qəzaya düşdü

Aprelin 13-də saat 19 radələrində Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Simsar.az-ın məlumatına görə, Nizami rayonu Babək prospekti 5 ünvanını qarşısında Dövlət Yol Polisi İdarəsinə məxsus 10 YP 364 nöməli “BMW” və 90 XN 315 nömrə nişanlı “VAZ 21 015” toqquşub.

Nəticədə yol polisi əməkdaşı Abdullayev Sənan Aydın oğlu xəsarət alıb.

Hadisə yerinə digər yol polisi əməkdaşları gəlib.

Araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!