22 Oktyabr, 2014
Federasiya prezidentinin qardaşı Himalayda həlak oldu

Azərbaycanın Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciləvi şəkildə həlak olub.

Simsar.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Nepal KİV-ləri məlumat verir. Məlumatda deyilir ki, Murad Aşurlu Himaya dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb.

“Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb, o, 42 yaşlı azərbaycanlı Murad Aşurludur” - deyə Nepal KİV-ləri xəbər verir.

Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Aşurlu səkkiz digər iştirakçı ilə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb.

Lakin geri qayıdanda faciləli hadisə baş verib. Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycanın Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili Nepala uçub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!