22 Oktyabr, 2014
Türkiyənin korpus komandiri Naxçıvana gəldi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

APA-nın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdəki rolunu vurğulayan V. Talıbov Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla davam etdiyini deyib.

Nümayəndə heyətinin rəhbəri, Türkiyə Silahlı Qüvvələrinin Ərzurum şəhərində yerləşən 9-cu Ordu Korpusunun komandiri, general-polkovnik Şərəf Önqay isə Naxçıvana səfərinin onda böyük təəssüratlar yaratdığını, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin qürurverici olduğunu diqqətə çatdırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!