22 Oktyabr, 2014
Azərbaycanlı brakonyerlər Qazaxıstanda tutuldu

Üç Azərbaycan vətəndaşı brakonyerliyə görə Xəzərin Qazaxıstan hissəsində odlu silah tətbiq edilməklə saxlanıblar.

Simsar.az-ın Qazaxıstan Sərhəd Xidmətinə istinadən verdiyi məlumata görə, brakonyerlər "Bayda" üzmə vasitəsində Kulalı adası ərazisində gecə vaxtı saxlanıblar.

Sərhədçilərin dayanmaq əmrinə tabe olmadıqlarına görə onlara qarşı silah tətbiq edilib, xəsarət alan olmayıb.

Brakonyerlərdən 94 nərə balığı və müxtəlif brakonyerlik aləti götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!