22 Oktyabr, 2014
Müğənni “Toylara yox deyək” aksiyasını qınadı

Müğənni Elmira Ələkbərzadə sosial şəbəkədə “Toylara yox deyək” adlı aksiyaya başlayanları tənqid edib. “Simsar.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə başladılan aksiyanın yersiz olduğunu bildirib:

“Azərbaycanda başlayan  bu nə axmaq aksiyadır? Azərbaycanda toylara yox deyək!!! Bunların başı çatır, ya yox? Hansısa məntiqsiz məqaləyə görə, aləm bir-birinə dəyib. “Norveçdə və ya başqa yerlərdə toy olmur” ifadəsi məni güldürdü.  Oyanın, ay balam. Belə gülünc, məntiqsiz məqalə yazmaqla özünüzü alçatmayın. Kimsə kreditə pul götürüb bahalı yerdə toy edib müflis olur? Kredit götürməsin, canı çıxsın münasib yerdə toy etsin.  Bir şeylə razıyam ki, toylarda masalar yeməkdən partlayır. Həqiqətən yeməkləri azaltmaq lazımdır. Yoxsa “Toylara yox deyək” nədir? Vallah bunlar xəstədirlər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!