14 Aprel, 2011
“Oskar” mükafatçısı ağır durumda

"Diaqnoz onun işinin keyfiyyətinə ciddi mane ola bilər"

Hollivud ulduzu, britaniyalı aktrisa Ketrin Zeta-Cons “II dərəcəli biopolyar pozuntu” diaqnozu ilə psixiatrik xəstəxanaya aparılıb. 

Simsar.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, “Mayo” xəstəxanasında müalicə edilən aktrisa həddən artıq əsəbilikdən əziyyət çəkir, onun əhval-ruhiyyəsi daima və kəskin şəkildə dəyişir.

Xəstəxananın həkimləri bildiriblər ki, bütün bunlar aktrisanı ciddi narahat edib və o, müalicə olunmaq qərarına gəlib: “O, bu il iki film üzərində çalışmalıdır. Diaqnoz isə onun işinin keyfiyyətinə ciddi mane ola bilər”.

Qeyd edək ki, Hollivudun ən gözəl aktrisalarından sayılan, “Oskar” mükafatı laureatı olan Ketrin Zeta-Cons bu il “Playing the Field” və “Lay the Favorite” adlı ikim filmdə rol alıb.

Aktrisanın problemləri həyat yoldaşı, məşhur aktyor Maykl Duqlasda qırtlaq xərçəngi tapılandan sonra başlayıb. Aktyora təhlükəli diaqnoz 2010-cu ilin avqustunda qoyulub. Üzərindən yarım il keçəndən sonra Duqlas açıqlama verərək xərçəngə qalib gəldiyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!