22 Oktyabr, 2014
Kürd dövlətinin ərazisi bəlli oldu – 9 günlük müzakirədən sonra

Kürdlər İraq və Suriya ərazisində birgə dövlət qurmaq üçün danışıqlara başlayıblar.

Simsar.az-ın İngiltərənin “Time” qəzetinə istinadən verdiyi məlumata görə, artıq Suriyanın 3 bölgəsində qurulacaq dövlətlə bağlı müzakirələr İraqın Duhok şəhərində müzakirə edilib.

9 gündür davam edən danışıqarda, suriyalı kürdlər Cəzirə, Efrin və Kobanini əhatə edən ərazilərin “Rojava” adı altında muxtar bölgəsi olaraq elan edilməsini istəyiblər. Suriyalı kürdlərin təmsilçisi PYD (Demokratik Birlik Partiyası) bu bölgədə muxtar dövlətin rəsmi elanından sonra yerli parlamentin qurulması və müdafiə sisteminin yaradılması üçün seçkilər keçriləcəyini deyiblər.

Qəzet Türkiyənin buna etiraz etdiyini, İraqdakı Kürdüstan Hakimiyyəti lideri Məsut Bərzaninin isə təmkinli davrandığını da yazır.

Nəşrdə o da qeyd edilib ki, Türkiyənin İraq peşmərgələrinin Kobaniyə keçmələrinə icazə verəcəyi yönündəki açıqlamasına suriyalı kürdlər şübhə ilə yanaşır.

Kobaninin xarici əlaqələrdən məsul şəxsi İdris Nassan isə Türkiyənin buna icazə verib verməyəcəyinin önəmli olmadığını bildirərək, “Bizim yetərincə döyüşçümüz var. Bizə döyüşçü yox, ağır silahlar lazımdır” - deyib.

Yazıda suriyalı kürdləri Əsəd rejimiylə əməkdaşlıqda ittiham edən Suriyadakı “İslam Ordusu” təmsilçisi Əbdürrəhman Salehi deyib ki, kürdlər Əsədlə birlikdə hərəkət edir. Kürdlər inqilaba qoşulmadılar. Çünki tək istədikləri bir kürd dövlətidir”.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!